“Xəzər” jurnalının növbəti nömrəsi çapdan çıxıb

“Xəzər” jurnalının növbəti nömrəsi çapdan çıxıb
17:08 29 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı olan "Xəzər" dünya ədəbiyyatı jurnalının dördüncü nömrəsi çapdan çıxıb.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, jurnalın budəfəki nömrəsində 2015-ci ilin ədəbiyyat üzrə Nobel mükafatçısı Svetlana Aleksiyeviçin Nobel nitqi və “Tabut oğlanlar” hekayəsi, A. Məsudun “Mənsur Həllac” pyesi, Oktavio Pasın şeirləri və müsahibəsi, Tomas Vulfun məktubları, Adolfo Kasaresin “Qəbri necə qazmalı” hekayəsi, Kolumbiya poeziyasından nümunələr, Uiston Hyu Odenin “Mən”i olmayan adam” essesi, İbn Fədlanın “Səyahətnamə”si, Antonio Maçadonun şeirləri, Haldun Tanərin “Kəşanlı Əli dastanı” əsəri və digər maraqlı yazılar yer alıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xezer_jurnalinin_novbeti_nomresi_chapdan_chixib-915352

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR