Kloppdan Qvardiolaya tərif - dünyanın ən yaxşısı

"Liverpul"un baş məşqçisi Yürgen Klopp Pep Qvardiolanın İngiltərəyə mümkün gəlişinə münasibət bildirib:

"Əgər bu da İngiltərədəki digər şayiələr kimidirsə, yəqin ki, Pep hansısa başqa ölkəyə yollanacaq (gülür).

Əgər bu həqiqət olsa, o zaman dünyanın ən yaxşı məşqçisi Premyer Liqaya gələcək.

Bu, Premyer Liqadakı bütün komandaların işini çətinləşdirəcək".

Pep Qvardiolanın yeni mövsümdən etibarən "Mançester Siti"ni çalışdıracağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR