Rayan Qiqqz türk klubunu çalışdıra bilər

Türkiyə Superliqasında çıxış edən "Antalyaspor" Rayan Qiqqsi baş məşqçi kimi komandaya dəvət etmək istəyir. Uelsli üçün uzunmüddətli müqavilə hazırlanıb. Bu haqda "Fanatik" məlumat yayıb.

"Antalyaspor" Yusuf Şimşekin istefasından sonra məşqçi axtarışlarını sürətləndirib. Hazırda Samuel Eto oyunçu-məşqçi funksiyasını yerinə yetirir.

17 turdan sonra 21 xal toplayan "Antalyaspor" Superliqada 11-ci pillədə qərarlaşıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR