Ramin Musayevdən klublara xəbərdarlıq: "... xalları silinəcək"

“Qarabağ”dan başqa Topaz Premyer Liqasında iştirak edən bütün komandaların bizə borcu var. Klublara bununla bağlı müraciət olunub”. Bunu apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

PFL rəhbəri borcların qoyulan vaxtda ödənilməyəcəyi təqdirdə 9 komandanı ciddi sanksiya gözlədiyini söyləyib: “Borclar mütləq klublardan alınacaq. Onların hamısına deyilib. Əgər pullar ödənilməsə, həm lisenziya ilə bağlı problem yaşayacaqlar, həm də klubların xalları silinəcək”.

Musayev qış fasiləsindən dərhal sonra borcların ödənilməli olduğunu bildirib: “Fevrala qədər hamısına vaxt qoyulub. Üçüncü dövrənin startına qədər borclar ödənilməlidi. Əgər hazırda borcları varsa, deməli, “Qarabağ”dan başqa heç bir komanda lisenziyalaşdırmanın tələblərinə cavab vermir”.

Qeyd edək ki, futbol üzrə ölkə çempionatında 10 komanda mübarizə aparır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR