ISESKO-ya üzv ölkələrin təhsil nazirlərinin birinci konfransı Tunisdə keçiriləcək

ISESKO-ya üzv ölkələrin təhsil nazirlərinin birinci konfransı Tunisdə keçiriləcək
17:53 29 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Tunis ISESKO-ya üzv ölkələrin təhsil nazirlərinin "Müştərək islam təhsil işini gücləndirmək və fəallaşdırmaq" devizi ilə keçiriləcək birinci konfransına ev sahibliyi edəcək. Konfransın 2016-cı il oktyabrın 27-28-də keçirilməsi nəzərdə tutulur.
AZƏRTAC İƏT-in İİNA saytına istinadən xəbər verir ki, bu barədə razılaşma Tunisdə işçi səfərdə olan ISESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveyciri ilə ölkənin təhsil naziri Naci Cəlul arasında dekabrın 28-də keçirilmiş görüşdə əldə edilib. Tərəflər konfransın təşkilati məsələləri ilə bağlı müqavilə imzalayıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ISESKO_ya_uzv_olkelerin_tehsil_nazirlerinin_birinci_konfransi_Tunisde_kechirilecek-915361

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR