30-dan artıq ədliyyə işçisi ciddi intizam məsuliyyətinə cəlb olunub

30-dan artıq ədliyyə işçisi ciddi intizam məsuliyyətinə cəlb olunub
18:13 29 Dekabr 2015
22 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Vətəndaş müraciətlərinə baxılmasında nöqsanlara yol verdiyinə görə 34 ədliyyə işçisi ciddi intizam məsuliyyətinə cəlb olunub.

Trend Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında deyilib.

Ədliyyə orqanlarında insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması diqqətdə saxlanılaraq bu sahədə məqsədyönlü işlər görülüb, cari ildə nazirliyə daxil olmuş 40 minədək vətəndaş müraciətinə baxılıb, 9.300-dən çox vətəndaş nazirlikdə, bölgələrdə və "virtual qəbul" məntəqələri vasitəsilə qəbul edilib, bu zaman qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.

İclasda Qanundan irəli gələn vəzifələr və həmçinin, bu sahədə mövcud problem və çatışmazlıqlar müzakirə edilərək vətəndaş müraciətləri ilə işin yeni Qanunun tələblərinə uyğun daha səmərəli qurulması, o cümlədən bu vacib sənədin dərindən öyrənilməsi və dəqiq tətbiqi, müraciətlərdə qaldırılan məsələlərə, xüsusilə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə şikayətlərə diqqətlə yanaşılması və onların çevik həlli, vətəndaşların qəbulu işinin təkmilləşdirilməsi, səyyar və virtual qəbulların daha geniş təşkili və s. konkret tədbirlər müəyyən olunub.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2475579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR