Tibb Universitetində görkəmli filosofun 90 illik yubileyi qeyd olunub

Tibb Universitetində görkəmli filosofun 90 illik yubileyi qeyd olunub
18:13 29 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetində (ATU) Əməkdar Elm Xadimi, fəlsəfə elmləri doktoru, professor Adil Nəcəfovun anadan olmasının 90 illiyinə həsr edilmiş elmi konfrans keçirilib.
ATU-dan AZƏRTAC-a bildiriblər ki, konfransda universitetin elmi işlər üzrə prorektoru, professor İbrahim İsayev görkəmli filosof Adil Nəcəfovun həyat və fəaliyyətindən danışıb. Bildirilib ki, Adil Nəcəfov universitetin fəlsəfə kafedrasına rəhbərlik etdiyi dövrdə elmi, ictimai və pedaqoji fəaliyyəti ilə yanaşı, gənc kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərib.
ATU-nun ictimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev isə tanınmış alim Adil Nəcəfovun həyat və fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. Vurğulanıb ki, yüksək insani keyfiyyətlərə malik olan Adil Nəcəfov Tibb Universiteti məzunlarının, professor-müəllim heyətinin yaddaşında daim xeyirxah, obyektiv, ədalətli, eləcə də prinsipial bir filosof-müəllim kimi indi də yaşamaqdadır.
Alimin ailə üzvləri adından çıxış edən Kəmalə Əfəndiyeva Adil Nəcəfovun xatirəsinə göstərilən bu ehtirama görə Tibb Universitetinin rəhbərliyinə, ictimai fənlər kafedrasının kollektivinə, eləcə də bütün tədbir iştirakçılarına dərin təşəkkürünü bildirib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tibb_Universitetinde_gorkemli_filosofun_90_illik_yubileyi_qeyd_olunub-915372

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR