Bankların kapitalının adekvatlıq əmsalı 10 faizə endirilib

Bankların kapitalının adekvatlıq əmsalı 10 faizə endirilib
18:28 29 Dekabr 2015
73 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"nda dəyişikliklər edib.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, dəyişikliyə əsasən, dekabrın 29-dan kapitalın adekvatlılıq əmsalının ölçüsü 12 faizdən 10 faizə azaldılıb. Bankların birinci dərəcəli kapitalının adekvatlılıq əmsalı isə 6 faizdən 5 faizədək azaldılıb.
Bank məcmu kapitalın adekvatlıq əmsalını 10 faizdən və I dərəcəli kapitalın adekvatlıq əmsalını 5 faizdən az olmayan səviyyədə saxlamalıdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Banklarin_kapitalinin_adekvatliq_emsali_10_faize_endirilib-915383

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR