​ABŞ-la Rusiya üç qruplaşmanı terror təşkilatı olaraq tanıyıb

​ABŞ-la Rusiya üç qruplaşmanı terror təşkilatı olaraq tanıyıb
18:32 29 Dekabr 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 dekabr. REPORT.AZ/ Vaşinqton və Moskva Yaxın Şərqdəki üç qruplaşmanı terrorçu təşkilat olaraq tanıyıb.
"Report" "İnterfax"a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov bildirib.
"İŞİD, "əl-Qaidə" və "Cəbhət ən-Nusra"nın terrorçu təşkilat olaraq tanınmasında mövqeyimiz üst-üstə düşür. Bu əsasdır. Onlarla bağlı mövqeylərimiz tamamilə eynidir", - deyə nazir müavini söyləyib.
G.Qatilovun sözlərinə görə, ABŞ və Rusiya Livandakı "Hizbullah" və Fələstindəki "Həmas"ın terrorçu təşkilat olaraq tanınmasını müzakirə belə etməyib.
Qeyd edək ki, "Cəbhət ən-Nusra" "əl-Qaidə"nin qolu olub, Suriyada fəaliyyət göstərir. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/abs-la-rusiya-3-qruplasmani-terror-teskilat-olaraq-taniyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR