Hesablama Palatasının sədr müavini və auditorları təyin edildi

Hesablama Palatasının sədr müavini və auditorları təyin edildi
18:37 29 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisi qərar verib. 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir: 

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 44-cü maddəsinin dördüncü hissəsinə və "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Adil Məmmədəli oğlu Məhərrəmov Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini təyin edilsin.

2. Cəfər İsmayıl oğlu Həsənov, Vaqif Muxtar oğlu Həsənov və Firsənd Əliheydər oğlu Qurbanov yeni müddətə Azərbaycan Respublikası Hesablama Palatasının auditorları təyin edilsinlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394093.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR