Neft sürətlə bahalaşır

Neft sürətlə bahalaşır
18:39 29 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bu dəqiqələrdə dünya birjalarında neftin bareli 1 dollara yaxın bahalaşıb

Dünya birjalarında neftin qiymətində ani sıçrayış baş verib. Lent.az-ın "Bloomberg"ə istinadən məlumatına görə, dünya bazarında üstünlük təşkil edən Brent və Qərbi Texas markalı neftin bir barelinin dəyəri qəfil artmağa başlayıb. Artım son yarım saatda 1 dollara yaxındır. Hazırda birjalarda Brent markalı neftin bareli 37,65, Qərbi Texas markalı neftin bareli isə 37,70 dollar civarındadır.

 

Artım davam edir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227042

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR