“Azərsu” qaçqın və məcburi köçkün ailələrinə ərzaq yardımı edilib - FOTO

“Azərsu” qaçqın və məcburi köçkün ailələrinə ərzaq yardımı edilib - FOTO
15:32 30 Dekabr 2014
79 Digər
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 15:29 ]

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərsu” ASC 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə sosial tədbirlər həyata keçirib.

 

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan prezidentinin 01 iyul 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq “Azərsu” ASC tərəfindən Saatlı rayonunda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə ərzaq yardımı edilib. Cəbrayıl, Fizuli, Ağdam, Laçın, Zəngilan və işğal olunmuş digər rayonlardan olan 2 257 nəfərdən ibarət 593 məcburi köçkün ailəsinə ərzaq yardımı paylanıb.

 

“Azərsu” ASC-nin Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə təşkil etdiyi növbəti yardım tədbiri Bakı şəhəri Suraxanı rayonunda yerləşən 7 saylı uşaq evində keçirilib. Uşaq evində bayram süfrəsi təşkil edilib, hədiyyələr və gündəlik istifadə olunan məişət ləvazimatları təqdim olunub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367762

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR