Ruslar "Antaliya"ya qadağa qoydular

Ruslar "Antaliya"ya qadağa qoydular
18:56 29 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Çelyabinsk şəhərində ikinci dəfədir ki, türk mətbəxtinə aid Antaliya restoranı bağlanır.

ANS PRESS-in məlumatına görə, şəhərin məhkəmə xidmətinin əməkdaşları Maladaqvardeys küçəsində keçirdiyi 14 günlük monitorinqlərdən sonra Antaliya adlı türk mətbəxtinə məxsus restoranı bağlamaq qərarına gəliblər.

Dekabrın 10-da isə Truda küçəsində daha bir Antaliya restoranı bağlanıb. Həmin restoranı dekabrın 18-də sahibi satışa çıxarıb. Deyilənlərə görə, həmin restoranlar şəbəkəsinin sahibi Türkiyə vətəndaşı olan Sefa Buzqandır.


Çelabinski, Rusiya


Buzqanın sözlərinə əsasən, o, hələ bundan sonra nə edəcəyini bilmir. "Əvvəllər belə deyildi, Rusiya ilə Türkiyə arasında münasibətlər gərginləşəndən sonra burada türk mətbəxtli restoranların işləməsinə icazə vermirlər", - deyə restoran sahibi bildirib.

Türkiyə - Rusiya məsələsindən sonra azərbaycanlıya məxsus Antalya restoranının adı dəyişdirilərək Nataliya olmuşdur. Bu adı həmyerlimiz özü dəyişdirmək qərarına gəlib. Sankt-Peterburqda yaşayan Vitali Cavadov bildirib ki, "Antalya" kafesini o, iki ay əvvəl Sankt-Peterburqun Lenin prospektində açıb. Burada, əsasən, Qafqaz mətbəxtinə məxsus yeməklər verilib.


Vitali Cavadov - kafenin sahibi


Vitali deyir ki, bir gün özü nərdivana çıxaraq, iki hərfin - A və N-nın yerlərini dəyişib. Onun sözlərinə görə, etdiyi bu jest kafeyə üz tutanlara da xoş gəlib.


Nataliya kafesi





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR