"Deutsche Bank" özünün 20 faizlik payını satır

19:18 29 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 mart, AZƏRTAC
Almaniyanın ən iri bankı "Deutsche Bank" özünün 20 faizlik payını Çinin "Hua Xia Bank"ında "PICC Property & Casualty Co" şirkətinə satmağa razılıq verib. Sövdələşmənin dəyəri 25,7 milyard yuandir (3,7 milyard avro).
AZƏRTAC banks.eu saytına istinadla xəbər verir ki, "Deutsche Bank"ın rəhbəri Con Krayenanın sözlərinə görə, satış biznesin restrukturizasiyası üzrə yeni strategiyaya uyğun həyata keçiriləcək.
Bu ilin üçüncü rübündə bank 6 milyard avro məbləğində rekord zərərlə işləyib. 2018-ci ilin sonuna bank rəhbərliyi mövcud əsas baza kapitalının yetərlik əmsalını 11,5 faizdən 12,5 faizə artırmaq niyyətindədir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotDeutsche_Bank_quot_ozunun_20_faizlik_payini_satir-915404

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR