​Türkiyə XİN təmsilçisi: "Bu, ölkəmizə qarşı təbliğatın tərkib hissəsidir"

​Türkiyə XİN təmsilçisi: "Bu, ölkəmizə qarşı təbliğatın tərkib hissəsidir"
19:27 29 Dekabr 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 dekabr. REPORT.AZ/ Ukraynanın Xerson vilayətində Krım tatar taboru", "Noman Çelebicixan" adları altında yaradılacağı ehtimal edilən hərbi birləşmələri Türkiyənin dəstəkləməsi iddiaları həqiqəti əks etdirmir.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Xarici İşlər Nazirliyinin sözçsü Tanju Bilgic bildirib.
O bunu Türkiyəyə qarşı edilən təbliğatın tərkib hissəsi olduğunu vurğulayıb.
Tanju Bilgic onu da bildirib ki, ölkəsi Krımın ilhaqını tanımayıb və tanımayacaq: "Krım tatarlarının hüququ və azadlıqlarının qorunması yönündə fəaliyyətimizi davam etdirəcəyik".

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiye-xi-n-temsilcisi-bu-olkemize-qarsi-tebligatin-terkib-hissesidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR