Qarşıda bizi IV İslam Həmrəyliyi Oyunları gözləyir

Qarşıda bizi IV İslam Həmrəyliyi Oyunları gözləyir
20:03 29 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Bakıda keçirilmiş “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov Bakı Slavyan Universitetində (BSU) tələbələrlə görüşüb.
BSU-dan AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin Tələbə Xeyriyyə Fondunun (TXF) təşkilatçılığı ilə keçirilən görüşdə E.Səfərov Azərbaycanda 2016-cı ildə keçiriləcək “Formula-1” yarışı və 2017-ci ildə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə gəncləri məlumatlandırıb, könüllülük və könüllülərin fəaliyyəti, gələcək oyunlarda nəzərdə tutulmuş mühüm işlərdən danışıb.
Korporativ direktor qeyd edib ki, birinci Avropa Oyunlarına hazırlıq ərəfəsində yüksək səviyyədə yaradılan infrastruktur gələcəkdə bizə daha böyük tədbirlər keçirməyə imkan yaradır. Birinci Avropa Oyunlarının məşəlinin rayonlarda alovlandırılması bütün dünyaya Azərbaycanın paytaxtı ilə bərabər, bölgələrinin də inkişaf etdiyini göstərib. E.Səfərov “Formula-1” yarışı və İslam Oyunlarının da yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edib.
Sonda qonaq tələbələrin suallarını cavablandırıb

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR