Əli Xamenei müsəlman ölkələrinə çağırış etdi

Əli Xamenei müsəlman ölkələrinə çağırış etdi
20:49 29 Dekabr 2015
139 Dünya
Ölkə mətbuatı
A- A+

 Müsəlman ölkələri vahid İslam sivilizasiyası yaratmalıdır. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu cür çağırışla Tehranda keçirilən İslam birliyinin 29-cu beynəlxalq konfransında İranın ali dini lideri Əli Xamenei çıxış edib.

 

“ABŞ məmurlarının İslama olan dərin ədavəti onları İslamın müxtəlif təriqətləri arasında nifaq yaratmağa sövq edir. ABŞ  İŞİD kimi terror qruplaşmasını məhz bu məqsədlə yaradıb. Bu qruplaşma ABŞ-ın bölgədəki müttəfiqlərinin maliyyə və siyasi dəstəyi sayəsində fəaliyyət göstərir", deyə Əli Xamenei qeyd edib .   

 

İranın ali dini liderinin sözlərinə görə, “İslamın müxtəlif təriqətləri arasında nifaq və münaqişə  yaratmaq səyləri Suriya, Yəmən və Liviya kimi müsəlman dövlətlərinin infrastrukturunun məhv edilməsinə yönəlib. Bununla əlaqədar Əli Xamenei müsəlman ölkələrini müstəqil müsəlman dövlətlərinə müdaxilələrin, insan hüquqlarının pozulması hallarının, qərb mədəniyyətinin digər xalqlara aşılanmasının qarşısını ala biləcək vahid müasir İslam sivilizasiyasının yaradılması istiqamətində birgə səylər göstərməyə çağırıb.   

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR