Yeni il: 10 manata qədər 10 HƏDİYYƏ

Yeni il: 10 manata qədər 10 HƏDİYYƏ
21:12 29 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Acılı şirinli xatirələrlə zəngin 2015-ci il iki gündən sonra tarixə qovuşacaq. Qarşıdan 2016- meymun ili gəlir. Onun gəlişi ilə keçiriləcək "Yeni il" bayramında yaxınlarınıza, sevdiklərinizə cibinizə uyğun hansı hədiyyələri verə bilərsiniz?
BBC Azərbaycanca müxbirləri bu işdə sizə kömək etmək üçün Bakıda hədiyyə dükanlarını gəzərək 5-10 manat civarında ala biləcəyiniz 10 maraqlı və dəyərli hədiyyənin siyahısını hazırlayıb.
Son dövrlər xanımların aksesuar olaraq müraciət etdiyi yaylıqlar, bayramda da onlar üçün ideal hədiyyə ola bilər. Yaylıqlar sizə 5 AZN başa gələcək.


9.30 AZN olan balaca suvenir mələklər də evinizə xoş abu-hava gətirə bilər.


Milli ornamentləri özündə əks etdirən əl ilə hazırlanmış bu maqnitlərin qiyməti 4 AZN - 8 AZN arası dəyişir.


Şaxta babanın hədiyyə dolu xizəyini çəkən Şimal maralının bir eskizi sizin də evinizin bəzəyi ola bilər. Nazik və qalın oduncaqlardan əl ilə hazırlanan maralı almaq sizə sadəcə 5 AZN-ə başa gələcək. Onun qarşısında olan oduncaq içərisindəki şamdanı da almaq istəyirəm deyirsinizsə əlavə 5 AZN ödəməli olacaqsınız.


Əl işi olan bəzəkli saxsı nəlbəkilər evinizə əsil yeni il ab-havası bəxş edəcək. Nəlbəkilərin birinin qiyməti 10 AZN-dən aşağıdır.


Fransız yazarlarından biri deyirdi: "Hər kim kitab oxumursa düzgün fikirləşə bilməz."
Düzgün fikirləşmə və qərar vermənin vacib olduğunu nəzərə alsaq, kitabların uşaqlar üçün ən dəyərli hədiyyə olacağını deyə bilərik.
Uşaq ədəbiyyatında hər zaman sevilərək oxunan bu kitabların qiyməti 3 AZN-dən 9 AZN-ə qədər dəyişir.


Dünyanın ən uzun, 57 hərifdən ibarət adı olan şəhər harda yerləşir və o şəhərin adı nədir? Övladınızın bayram gecəsi evə gələn qonaqların biliyini "Sən bunu bilirsən?" sualı ilə sınağa çəkib özünü çoxbilmiş göstərməsində bu ensiklopediya çox yardımçı olacaq. Cəmi 8 AZN verməklə övladınızın daha məlumatlı olmasına yardım etmiş olacaqsınız.


"Kitab qurdları" üçün dəyərli yeni il hədiyyəsi əlbəttə ki, kitabxanasını zənginləşdirəcək yeni kitab ola bilər. Fotoda gördüyünüz kitabları almaq üçün azı 4 AZN, ən çox isə 7 AZN xərciniz çıxacaq.


Böyük şam ağacını almağa imkanınız yoxdursa üzülməyə dəyməz. Rəngarəng işıqları olan şüşə şam ağacını almaq üçün 5 AZN ödəməniz kifayət edəcək.


Yeni ilin simvolları formasında hazırlanan şirniyyatların hər birindən 2 ədəd olmaqla qiyməti cəmi 1 manatdır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/394121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR