Canlı bomba 22 nəfəri öldürdü

Canlı bomba 22 nəfəri öldürdü
21:12 29 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Pakistanın şimal-qərbindəki hökumət binasına şübhəli intihar hücumu nəticəsində ən azı 22 nəfər həyatını itirib, polis bildirib.
Bomba, Mərdan şəhərindəki Milli Məlumat Bazası və Qeydiyyat Ofisinin (NARDA) önündə partlayıb.
Milli.Az BBC-yə istinadən bildirir ki, Pakistanın Taliban təşkilatı hücuma görə məsuliyyəti üzərinə götürüb. Hücum nəticəsində 30 nəfərin də yaralandığı bildirilir.
Hücum, 2014-cü ilin dekabr ayında Peşəvər şəhərində 150 şagird və müəllimlərin qətliamından sonra baş vermiş ən ölümcül hadisədir.
Məlumata görə canlı bomba motosikletdə gəlib və NARDA binasının önündə özünü partladıb.
Mərkəzin önündə adətən şəxsiyyət sənədlərini almaq üçün gələn insanların izdihamı olur.
Ölənlərin əksəriyyəti mülki şəxslərdir, BBC müxbirləri bildirib.
Bacha Khan adına Tibb mərkəzinə ən azı 16 cəsəd və onlarla yaralı daxil olub, Reuters agentliyi xəbər verir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394120.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR