Azərbaycan Milli Karate Federasiyası cari ilə yekun vurub

Azərbaycan Milli Karate Federasiyası cari ilə yekun vurub
21:23 29 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycan Milli Karate Federasiyası (AMKF) 2015-ci ilə yekun vurub. Bu münasibətlə federasiyanın idarə heyətinin üzvləri, o cümlədən Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev, AMKF-nin birinci vitse-prezidenti Rəhman Hətəmov, vitse-prezident Yusif Məmmədov, baş katib Mir-Cabbar Seyidov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Cəbrayıl Həsənov, baş sponsor Azərbaycan Beynəlxalq Bankının (ABB) baş direktoru Elmir Həbibullayev, məşqçi, hakim və əsas komanda üzvlərinin iştirakı ilə hesabat iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, 2015-ci ilin Azərbaycan idmanı üçün uğurlu illərdən biri kimi tarixə qovuşduğunu söyləyən Ülvi Quliyev ildən-ilə artan nailiyyətlərin dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmanın inkişafına dəstəyinin nəticəsi olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, yüksək səviyyədə təşkil edilən birinci Avropa Oyunlarında 4 qızıl və 2 bürünc medal qazanan karateçilərimiz ən böyük uğurlardan birinə imza atıblar. Bunun nəticəsi olaraq Avropa Oyunlarının qalibləri Firdovsi Fərzəliyev və Ayxan Mamayev Azərbaycan Prezidenti tərəfindən təltif ediliblər. Ü.Quliyev, həmçinin veteran karateçi Oqtay Məmmədovu “Bədən tərbiyəsi və idman xadimi” yüksək idman mükafatı ilə təltif edilməsini, dünya karatesinin liderlərindən Rafael Ağayevin növbəti dəfə ilin ən yaxşı 10 idmançısı arasına daxil olmasını xüsusi vurğulayıb.
Birinci vitse-prezident Rəhman Hətəmov ilk Avropa Oyunlarında karateçilərimizin qazandığı tarixi zəfərin, böyüklərin Avropa çempionatında, yeniyetmə və gənclərin qitə və dünya birinciliklərində, eləcə də nüfuzlu turnirlərdə təkrarlandığını qeyd edib. O, karateçilərimizin yola saldığımız ili 156, o cümlədən 47 qızıl, 53 gümüş və 56 bürünc medalla başa vurduqlarını söyləyib.
Tədbirdə ölkəmizdə idmanın bu növünün inkişafına göstərdiyi qayğıya görə AMKF-nin prezidenti Yaşar Bəşirovun və federasiya kollektivinin adından dövlətimizin başçısına dərin minnətdarlıq diqqətə çatdırılıb. Federasiya rəsmiləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ölkəmizin idman ictimaiyyətini təbrik edərək 2016-cı ildə xalqımıza əmin-amanlıq, sabitlik, inkişaf və zəfərlər arzulayıblar.
Sonra mükafatlandırma mərasimi olub.
Rafael Ağayev və İlahə Qasımova “İlin idmançısı”, Şahin Xudaverdiyev “İlin məşqçisi”, Vüqar Kərimov isə “İlin hakimi” adlarına layiq görülüblər. Həmçinin 2015-ci ildə müxtəlif beynəlxalq yarışlarda uğurla çıxış edən idmançılara, məşqçilərə və hakimlərə pul mükafatları verilib.
 


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“V Element”dən ayrılan məşhur aparıcıdan ŞOK ETİRAF: “O qız cəsarət etmədiyi üçün...” - MÜSAHİBƏ

26 Sentyabr 2017 15:03

Çexiya millisinin baş məşqçisi: "Azərbaycan və San-Marinoya qalib gəlməliyik"

26 Sentyabr 2017 15:02

“İPhone X” satışa buraxılmayacaq

26 Sentyabr 2017 14:58

"Kürdüstan" region üçün hansı təhlükə yaradır?

26 Sentyabr 2017 14:58

Gürcüstan prezidenti: "Dağlıq Qarabağ kimi münaqişələr fəlakətə səbəb ola bilər"

26 Sentyabr 2017 14:57

Rusiyada "Facebook"u bağlaya bilərlər

26 Sentyabr 2017 14:52

15 il komada qalmışdı... - TİBBDƏ İNANILMAZ UĞUR

26 Sentyabr 2017 14:48

Azad Azərbaycan Teleradio Şirkətinə yeni rəhbər təyin edilib

26 Sentyabr 2017 14:47

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri “Concordia” Sammitinə qatılıb

26 Sentyabr 2017 14:47

Ronaldo bu qızla evlənir - FOTO

26 Sentyabr 2017 14:47

Suriya kürdlərinə muxtariyyət verilir – Rəsmi BƏYANAT

26 Sentyabr 2017 14:43

Neftin 40 dollar/barel qiyməti Rusiyanı qane edir

26 Sentyabr 2017 14:42

Azərbaycanda “TurAz Qartalı-2017” birgə taktiki uçuş təlimləri uğurla davam edir

26 Sentyabr 2017 14:42

Suriya XİN başçısı: “İraqın ərazi bütövlüyünün tərəfdarıyıq, “referendum"u qəti olaraq qəbul etmirik”

26 Sentyabr 2017 14:42

Heyva mürəbbəsinin hazırlanması

26 Sentyabr 2017 14:42

"Kürdüstan hökuməti ağlını başına yığsın" - Ərdoğan

26 Sentyabr 2017 14:39

Bu ölkədə “WhatsApp” messencerinə giriş bağlanıb

26 Sentyabr 2017 14:35

Ən bahalı brendlər reytinqi açıqlanıb

26 Sentyabr 2017 14:35

Azərbaycanda Kürdüstana dəstək verən məmur danışdı: "Kimsədən qorxmadan, çəkinmədən..."

26 Sentyabr 2017 14:34

Süd vəzi xərçəngindən özünüzü belə qoruyun

26 Sentyabr 2017 14:33

Heydər Əliyev prospektində yol qəzası

26 Sentyabr 2017 14:30

ATV-nin rəhbəri Vüqar Qaradağlı işdən çıxarıldı

26 Sentyabr 2017 14:29

17-ci əsrə aid məşhur rəsm əsəri tapıldı - FOTOLAR

26 Sentyabr 2017 14:28

Azərbaycan daha bir nəfəri “İnterpol” xətti ilə beynəlxalq axtarışa verib

26 Sentyabr 2017 14:27

ATV-nin yeni rəhbəri bu şəxs oldu

26 Sentyabr 2017 14:22

Adamyeyən ər-arvadın evindən GÖRÜNTÜLƏR

26 Sentyabr 2017 14:19

ATV-nin rəhbərliyi dəyişdi

26 Sentyabr 2017 14:18

Azərbaycan Prezidenti: "Ermənistan tərəfi danışıqların imitasiyası ilə məşğuldur"

26 Sentyabr 2017 14:17

İlham Əliyev NATO nümayəndəsini qəbul edib

26 Sentyabr 2017 14:16

“Bölgə məzhəb qarşıdurmasına gedir” - Ərdoğandan XƏBƏRDARLIQ

26 Sentyabr 2017 14:13

Turanın məşhur verilişi bağlandı - ATV-dən AÇIQLAMA

26 Sentyabr 2017 14:03

Olimpiadada Toğrul Əsgərova uduzan güləşçinin xatirə turnirində kütləvi dava olub

26 Sentyabr 2017 14:02

"Citibank": Neft bazarı təklif qıtlığı ilə üzləşəcək

26 Sentyabr 2017 13:57

ATV-nin rəhbərliyi tam tərkibdə istefaya göndərildi

26 Sentyabr 2017 13:54

Ağ Evdə MƏXFİ GÖRÜŞ: Özalın Kərkük planı və baronların hücumu - SİRLƏR AÇILIR

26 Sentyabr 2017 13:53

Türkiyə prezidenti İraqın şimalındakı "referendum"a münasibət bildirib

26 Sentyabr 2017 13:52

Generalların məhkəməsi davam edir

26 Sentyabr 2017 13:49

Dollar ucuzlaşdı - HƏRRACDA

26 Sentyabr 2017 13:48

Keçmiş sevgilisinin futbolçu dostu ilə görüşən model DANIŞDI - FOTO

26 Sentyabr 2017 13:48

Çexiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

26 Sentyabr 2017 13:47

Keçmiş MTN generallarının məhkəməsi davam etdirilir

26 Sentyabr 2017 13:47

Çexiya Bakıya bu futbolçularla gəlir - SİYAHI

26 Sentyabr 2017 13:47

"Superkubokun finalı Bakıda keçirilsin" - "Beşiktaş" prezidenti

26 Sentyabr 2017 13:39

“Maşın” şouda kimlər iştirak edəcək? - “Adlar məlumdur”

26 Sentyabr 2017 13:38

Morales: "Tramp bəşəriyyət üçün ən böyük təhlükədir" - FOTO

26 Sentyabr 2017 13:33

"Qarabağ" Bakıda məğlubedilməzdir - RƏQƏMLƏR

26 Sentyabr 2017 13:29

Dollar ucuzlaşdı

26 Sentyabr 2017 13:29

"Azərbaycan multikulturalizmi" fənni daha iki xarici universitetdə tədris olunacaq

26 Sentyabr 2017 13:27

Heydər Əliyev prospektində yol qəzası olub, xəsarət alan var

26 Sentyabr 2017 13:27

ATƏT-in Varşava toplantısının ardından

26 Sentyabr 2017 13:23