Tunis çempionatının 11-ci turunda "Bizerte" və "Marsa" klubları arasındakı matçn baş hakimi Yassin Həruş tribunadakı azarkeşlərin təhqirlərinə dözməyərək meydandaca ağlayıb.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, "Bizerte"nin fanatları hakimi və onun anasını söyməyə başlayanda referi göz yaşlarını saxlaya bilməyib.
"Belə təhqirləri eşidəndə ağlamamaq mümkün deyil. Kimsə istəməz ki, onun anasını təhqir etsinlər. Allah bütün anaları qorusun!" - matçdan sonra Yassin Həruş deyib.
Matç "Bizerte"nin 1:0 hesabla qələbəsi ilə başa çatıb.
Milli.Az