Kudrin qayıdır?

Kudrin qayıdır?
22:52 29 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin prezident Vladimir Putin və digər rəsmilərlə maliyyə naziri vəzifəsinə dönməyi müzakirə edir.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, bu barədə dekabrın 29-da "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, söhbət pisləşməkdə olan iqtisadi vəziyyətin öhdəsindən gəlməkdən gedir.

Kudrin ötən həftə baş nazir Dimitry Medvedevlə görüşüb, amma hələlik elə bir rəsmi təklif edilməyib.

Məlumata görə qərar gələn ilin əvvəllərində qəbul edilə bilər.

Aleksey Kudrin 2000-2011-ci illərdə Rusiyanın maliyyə naziri olub.

Amma həmin vaxt prezident olan Medvedevlə fikir ayrılığına görə kabinetdən gedib.

O hazırda prezidentin yanında İqtisadi Şura Rəyasət Heyətinin üzvüdür.

Kudrin vaxtaşırı ölkə iqtisadiyyatı ilə bağlı proqnozlar verir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR