Bakıda qaz sızdı, yanğın oldu - FOTO

Bakıda qaz sızdı, yanğın oldu - FOTO
23:05 29 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Sabunçu rayonunda qaz sızması qeydə alınıb.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Sabunçu-Zabrat yolunun Balaxanı qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Yol kənarından sızan qaz qəfil alışıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunublar. Yanğın qısa müddətdə söndürülüb. Qaz sızması davam etdiyindən əraziyə "Azeriqaz"ın mütəxəssisləri cəlb olunub. Sabunçu-Zabrat yolunun bu hissəsində nəqliyyat bir hərəkət hissəsi üzrə qismən  məhdudlaşdırılıb. Qazın sızma mənbəyi müəyyən olunub.
 
Ərazidə işləyən "Azeriqaz"ın əməkdaşlarından verilən məlumata görə, qaz sızmasına qarşı ilkin qabaqlayıcı tədbirlər görülüb, təhlükə aradan qaldırılıb. Yol kənarında neft mədənləri yerləşdiyindən ərazi xüsusi nəzarətə götürülüb.
Milli.Az






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR