Azərbaycanlı müğənninin xalq artisti ilə toyu (VİDEO)

Azərbaycanlı müğənninin xalq artisti ilə toyu (VİDEO)
23:06 29 Dekabr 2015
255 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur rusiyalı opera ifaçısı 44 yaşlı Anna Netrebko ilə 38 yaşlı azərbaycanlı tenor Yusif Eyvazov rəsmən evləndi.

ANS PRESS-in məlumatına görə, məşhur cütlüyün kəbin kəsmə mərasimi Vyanada olub.

Opera müğənnisi Anna ilə Yusif Eyvazovun toyu Avstriyanın

paytaxtında baş tutub. Netrebkonun Yusifin təklifini qəbul etməsi daha il ortasında məlum idi. Onlar öz münasibətlərini və ciddi planlarını gizlətməyə çalışmırdılar.

Mərasimdə Filipp Kirkorov şahid kimi iştirak edib. Mərasimdə Iqor Krutoy, əfsanəvi tenor Plasido Dominqo və həmçinin bir çox başqa musiqiçilər, bəstəkarlar və müğənnilər iştirak edib. Toplam olaraq toya təxminən iki yüz qonaq dəvət olunub. Mərasimdən əvvəl Kirkorov gəlinin ən bahalı geyim dəstini tacı nümayiş etdirib.



Kirkorov bəzəy geyimini taxaraq "İnstaqram" hesabında fotosunu paylaşıb. Şəkilin altında müğənni tacı “Chopard”ın istehsal etdiyini yazıb. Ekspertlərin qiymətləndirmələrinə görə, unikal tacın dəyəri təxminən iki milyon avrodur.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368461

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR