Həzrət Peyğəmbərin (s) buyuruşlarının mahiyyətini başa düşək

Həzrət Peyğəmbərin (s) buyuruşlarının mahiyyətini başa düşək
23:42 29 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

Ağ saçların boyanması Peyğəmbərin (s) zamanında xüsusi əhəmiyyətə malik idi və ona xizab deyərdilər. Həzrət (s) saqqalı ağarmış müsəlmanlara onu xına ilə qaraltmalarını tövsiyə edərdi.
Milli.Az deyerler.org-a istinadən bildirir ki,  Həzrət Peyğəmbərin (s) bu tövsiyəsi bir çox insanın yaddaşında həkk olmuşdu və bir gün müsəlmanlardan biri Əmirəl-möminin (ə) saqqalını ağarmış görüb, demişdi: "Niyə saqqalınızı rəngləmirsiniz? Məgər Peyğəmbər (s) buyurmamışdı ki, ağ saqqalarınızı rəngləyin və özünüzü yəhudiyə bənzətməyin?".
Bunu bilirik ki, Əmirəl-möminin (ə) Peyğəmbərin (s) ən yaxşı tələbəsi idi. Onun sözləri və rəftarı Peyğəmbərin (s) sözlərindən və rəftarından fərlqənmirdi. Bu məsələdə ona irad tutulan zaman belə cavab vermişdi: "Peyğəmbər (s) o zaman belə buyurmuşdur ki, din əhlinin sayı az idi. Amma indi İslam süfrəsi geniş olduğu üçün hər kəs necə istəsə, o cür rəftar edər".
Həzrət Əlinin (ə) bu cavabından belə nəticə çıxartmaq olar ki, Peyğəmbərin (s) ardıcılı olan insan gərək ayıq və uzaqgörən olsun. Ruhsuz və dərksiz bir aparat kimi Həzrətin (s) zahirdə etdiklərini təkrar etməsin. Gərək Həzrətin (s) buyurduqlarının canını dərk etsin və sonra onun ardınca getsin. Ona görə də hədislərimiz buyurur ki, əgər bir hədisi yaxşı dərk etsən, min hədis nəql etməkdən daha yaxşıdır. (Tebyan)
Misal üçün elə bu hədisin özünü götürək. İnsanlar onun zahirinə diqqət etdikləri halda Əmirəl-möminin (ə) onun həm zaharinə və həm də batininə, şəraitinə dqqət edir.
Ona görə də də deyə bilərik ki, bütün dövrlərdə, xüsusilə bizim dövrümüzdə Məsumlardan (ə) bir hədis eşitdikdən sonra onu araşdıraq və fəqihlərin nəzərini bilək. Bu hədislərdən günümüz üçün lazım olan tövsiyələri çıxarışlar edək. Burada məqsəd odur ki, əgər Məsumların (ə) xidmətində olsaydıq və onlardan sual soruşsaydıq, bizə hansı cavabları verə bilərdilər. Bu iş çətin görünsə də, mümkündür. Elmi təfəkkürə və mütaliəyə ehtiyac duyur. Həm də insanın batinini pak saxlası lazımdır.
Ona görə də Məsumların (ə) həmin hədisi söyləməkdəki hədəflərini müəyyən edib, onun haqqında düşünməliyik. Əgər orada şübhəli nöqtəyə rast gəlsək və hikmətini dərk etməsək, mütləq din alimlərinə müraciət edək və onu dərk edə bilməyən insanlar üçün nəql etməyək.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR