Leyla Əliyeva əkizləri ilə film təqdimatında

Leyla Əliyeva əkizləri ilə film təqdimatında
00:34 30 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Dekabrın 29-da Nizami Kino Mərkəzində IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin “Azərbaycanın 9 möcüzəsi” adlı layihəsi çərçivəsində çəkilmiş “Göygöl Milli Parkı” sənədli filminin təqdimatı keçirilib.

 

APA-nın məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva təqdimatda iştirak edib.

 

Filmin təqdimatından əvvəl Leyla Əliyeva “Göygöl Milli Parkı” filminin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olub.

 

Mərasimdə çıxış edən İqor Bışnyov “Göygöl Milli Parkı” layihəsinin təşəbbüskarı Leyla Əliyevaya təşəkkürünü bildirərək filmin çəkiliş prosesindən təəssüratlarını qonaqlarla bölüşüb.  

 

Göygöl Milli Parkının 1925-ci ildə yaradıldığını diqqətə çatdıran İ.Bışnyov bildirib ki, bu film qoruğun yaranmasının 90 illiyi ilə bağlıdır.

 

İqor Bışnyov “Göygöl Milli Parkı” sənədli filminin yalnız təbiət haqqında deyil, Azərbaycanın çoxəsrlik mədəniyyəti, həm də arxeoloji faciə haqqında olduğunu söyləyib.

 

 IDEA-nın “Azərbaycanın 9 möcüzəsi” layihəsi çərçivəsində ölkəmizin 9 milli parkı barədə sənədli filmin hazırlanması nəzərdə tutulur. Bu filmlərdə Şahdağ, Hirkan, Altıağac, Zəngəzur, Abşeron və Samur-Yalama Milli parklarından söhbət açılacaq.

 

IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Göygöl Milli Parkı” filmi ölkəmizin ali təhsil müəssisələrində, həmçinin birliyin Bakı və Gəncə şəhərlərindəki Resurs mərkəzlərində nümayiş etdiriləcək. Bununla yanaşı, “Göygöl Milli Parkı” filminin digər ölkələrdə və müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də nümayişi nəzərdə tutulur.

 

Qeyd edək ki, “Azərbaycanın 9 möcüzəsi” layihəsi çərçivəsində çəkilmiş “Ağgöl Milli Parkı” filmi 2015-ci il iyunun 17-də Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən “Xilas etmək və qorumaq” adlı XIX Beynəlxalq ekoloji televiziya festivalında “İlin televiziyası layihəsi” mükafatına layiq görülüb.

 

IDEA-nın “Azərbaycanın 9 möcüzəsi” layihəsinin məqsədi Azərbaycanın əsrarəngiz təbiət gözəlliklərini ölkə daxilində və xaricdə təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır.

 












Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227067

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR