Ukraynadan Rusiyaya cavab addımı

Ukraynadan Rusiyaya cavab addımı
01:34 30 Dekabr 2015
36 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidenti Pyotr Poroşenko azad ticarət zonası və ərzaq embarqosuna dair Moskvanın qərarlarına cavab olaraq Nazirlər Kabinetinə Rusiyaya qarşı iqtisadi sanksiyalar  tətbiq etməyə imkan verən qanunu imzalayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna parlamentinin saytında dərc edilmiş məlumatda bildirilir.

 

Qeyd edək ki, Rusiyanın baş naziri Dmitri Medvedev yanvarın 1-dən etibarən Rusiyaya qarşı sanksiyaları dəstəkləyən ölkələrə qarşı tətbiq olunan gömrük rüsumlarının və ərzaq embarqosunun Ukrayna qarşı tətbiq ediləcəyini bildirib. Bundan başqa, Rusiya Dövlət Duması bir neçə gün əvvəl yanvarın 1-dən MDB çərçivəsində Ukrayna ilə imzalanan azad ticarət zonası haqqında müqavilənin tətbiqinin dayandırılmasına dair qanun qəbul edib. Sənəd baxılması üçün Dövlət Dumasına prezident Vladimir Putin tərəfindən təqdim olunub. O bundan əvvəl müvafiq fərmanı imzalayıb. Federasiya Şurası qanunu dekabrın 25-də dəstəkləyib.

 

Buna cavab olaraq, Ukrayna parlamenti dekabrın 24-də Nazirlər Kabinetinə Rusiyaya qarşı iqtisadi sanksiyalar  tətbiq etməyə imkan verən qanun qəbul edib.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR