Şirvanda məcburi köçkün ailələri üçün 21 mənzildən ibarət yaşayış binası tikilib

Şirvanda məcburi köçkün ailələri üçün 21 mənzildən ibarət yaşayış binası tikilib
02:48 30 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Şirvan, 30 dekabr, Mahir Babayev, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Şirvan şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün 21 mənzildən ibarət yaşayış binası tikilib.
AZƏRTAC xəbər verir ki, üçmərtəbəli yaşayış evinin inşasına bu ilin aprel ayında başlanılıb. Mənzillərin altısı birotaqlı, altısı ikiotaqlı, doqquzu isə üçotaqlıdır. Ayrıca su, qaz və elektrik xətləri çəkilmış binada məcburi köçkünləri rahat yaşaması üçün hər cür şərait yaradılıb. Mənzillərə ilk növbədə Şirvan şəhərindəki ümumtəhsil məktəblərində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcək.
Yaşayış binası yaxın günlərdə köçkünlərin istifadəsinə veriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sirvanda_mecburi_kochkun_aileleri_uchun_21_menzilden_ibaret_yasayis_binasi_tikilib-915451

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR