Sığorta haqlarının 105,3 milyon manatı həyat sığortasının payına düşür

Sığorta haqlarının 105,3 milyon manatı həyat sığortasının payına düşür
02:48 30 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, AZƏRTAC
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 26,1 faizi və yaxud 105,3 milyon manatı həyat sığortasının payına düşüb.
Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) AZƏRTAC-a verilən məlumata görə, 2014-cü ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 14,8 faiz böyüyüb.
Həyat sığortasındakı yığımların 59,2 faizi və yaxud 62,3 milyon manatı həyatın yaşam sığortasının, 27,1 faizi və yaxud 28,6 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 12,3 faizi və yaxud 12,9 milyon manatı ölüm halından sığortanın, 1 faizi və yaxud 1,1 milyon manatı əmək qabiliyyətinin sığortasının, cəmi 0,3 faizi və yaxud 390 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.
11 ay ərzində həyat sığortası üzrə həyata keçirilmiş ödənişlərin məbləği isə 42,7 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 27,1 faizini təşkil etməklə 2014-cü ilin eyni dövrünə nisbətən 59,2 faiz çoxdur.
Həyat sığortası üzrə ödənişlərin 90,6 faizi və yaxud 38,7 milyon manatı həyatın yaşam sığortasının, 4,7 faizi və yaxud 2 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, yenə 4,7 faizi və yaxud 2 milyon manatı ölüm halından sığortanın, cəmi 13,7 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.
Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 40,6 manat ödəniş edilib. Ötən ilin yanvar-noyabr aylarında bu rəqəm 29,3 manat olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sigorta_haqlarinin_1053_milyon_manati_heyat_sigortasinin_payina_dusur-915450

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR