Koalisiya İraqda bir aya İŞİD-in 10 liderini məhv edib

Koalisiya İraqda bir aya İŞİD-in 10 liderini məhv edib
02:59 30 Dekabr 2015
21 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın rəhbərlik etdiyi koalisiya bir ay ərzində İraqda terrorçuların 10 liderini məhv edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi polkovnik Stiven Uorren bildirib.

 

Stiven Uorrenin sözlərinə görə, dekabrın 26-da Mosulda aviazərbələr nəticəsində Parisdəki terror aktları ilə əlaqəsi olan terrorçu Əbdül Kader Hakim məhv edilib.    

 

Onun sözlərinə görə, Parisdəki terror aktları ilə əlaqəsi olan daha bir neçə  silahlı məhv edilib: “Digər terrorçular Qərb ölkələrinə əlavə hücumlar törətməyi planlaşdırıblar”.  

 

Pentaqonun rəsmi nümayəndəsi işin hələ bitməsini etiraf  edib: “Biz hələ ki ilanın başını əzməmişik, bizi hələ çox işlər gözləyir”.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227072

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR