İtaliya və İspaniya iqtisadi böhrana meydan oxuuyur

İtaliya və İspaniya iqtisadi böhrana meydan oxuuyur
04:31 30 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Qərbi Avropanın bəzi ölkələrində dərin ressesiyanın yaşanmasına baxmayaraq, yekunlaşmaqda olan ilin son rübündə məşğulluq səviyyəsində artım müşahidə olunur. ANS PRESS-in məlumatına görə, İspaniyanın milli statistika agentliyi, noyabr ayında pərakəndə satış sektorunda yeni işə götürülənlərin sayının 1.8 faiz çoxaldığını bildirir. Pərakəndə satışlar isə ötən illə müqayisədə 3.3 faiz artıb. Bu maliyyə çətinliklərinə qarşı mübarizə aparan İspaniyada 2008-ci ildən bəri ən yüksək göstəricidir. İqtisadi analitiklərə görə bu ilki milad və yeni il bayramı mövsümü pərakəndə satış sektoru üçün son illərdə ən gəlirli mövsüm ola bilər.

Neft qiymətlərinin ucuzlaşması bir çox ölkələrin iqtisadiyyatlarına ziyan vurduğu halda İspaniyada biznesi əksinə olaraq stimullaşdırıb. Benzinin ucuzlaşması və vergilərin aşağı salınması ilə İspaniyada xırda sahibkarlıq və ticarət inkişaf edib, istehlak xərcləri artıb. İtaliyada biznesə inam indeksi dekabr ayında 107-dən 105 vahidə düşsə də, il ərzində orta-yüksək səviyyədə qalıb.

İtaliya və İspaniya Avrozonanın müvafiq olaraq 3-cü və 4-cü ən böyük iqtisadiyyatı olan ölkələridir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368476

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR