Sambaçılar ölkəsində iqtisadi geriləmə başlayıb

Sambaçılar ölkəsində iqtisadi geriləmə başlayıb
04:56 30 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Noyabr ayında Braziliyanın büdcə kəsiri dərin ressesiya fonunda rekord səviyyədə yüksək həddə çatıb. ANS PRESS-in məlumatına görə, dövlət sektorundakı kəsir - yəni hökümətin xərclədikləri ilə, əldə etdikləri gəlirlər arasındakı fərq 5.1 milyard dollara çatıb. Statistik göstərici gözləntilərdən çox yüksək olub. İqtisadi geriləmə sürətləndikcə Braziliya höküməti qəti ölçülər götürməyə məcbur qalır.

Hökümət ictimai etirazlara baxmayaraq hər vəchlə vergiləri artırmağa çalışır. Təkcə iyul-sentyabr ayları ərzində Braziliya iqtisadiyyatı 1.7 faiz geriləyib. İşsizlik səviyyəsi mütənasib şəkildə artaraq, 7.5 faizə çatıb. İnflasiyanın 10 faizdən də çox səviyyədə dayanması, yerli əmanətlərə və ümumilikdə bank sektorunu ağır zərbə altında qoyub. Hazırda ölkə son 25 ilin ən ağır ressesiyasını yaşayır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368477

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR