​Sankt-Peterburqda naməlum şəxslər 7 avtomobilə od vurub

​Sankt-Peterburqda naməlum şəxslər 7 avtomobilə od vurub
08:02 30 Dekabr 2015
21 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 dekabr. REPORT.AZ/ Sankt-Peterburqda Yeni il ərəfəsində "əylənmək" istəyən naməlum şəxslər Pulkovsk küçəsində 7 avtomobili yandırıb.
"Report" xəbər verir ki, müşahidə kameraları cinayətin necə baş verdiyini lentə alıb. Dekabrın 28-də gecə saatlarında başlarına Şaxta Baba papağı keçirmiş iki şəxs maşınlara yaxınlaşaraq, üzərlərinə tez alışan məhlul tökərək od vurub. Üç avtomobil dərhal alışıb, yaxınlıqda olan daha 4 maşına isə qismən ziyan dəyib. Cinayətkarlar hadisə yerindən qaçmağa müvəffəq olublar. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/sankt-peterburqda-namelum-sexsler-7-avtomobile-od-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR