Yeri təhlükə gözləyir - FOTO

Yeri təhlükə gözləyir - FOTO
08:05 30 Dekabr 2015
65 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Kosmik Agentliyi (ESA) dünyanı gözləyən yeni təhlükə barədə xəbərdarlıq edir.
Milli.Az anspress-ə istinadən bildirir ki, agentlik yerin orbitindəki kosmik tullantıların təhlükəli həddə çatdığını bildirib.

İngilis akademik doktor Stuart Qrey 1957-ci ildən bu günə qədər orbitdə toplanan kosmik zibilləri göstərən qrafik hazırlayıb. Peyk və digər kosmik vasitələrdən qalan tullantıların dünyanın orbitində kosmik çirkliliyə səbəb olduğu bildirilir.

Vəziyyəti nəzarətdə saxlamaq və gözlənilən təhlükələri əvvəldən hesablamaq istəyən NASA bu həftə sonu yerin orbitinə müşahidə peyki yollayacaq.

NASA-nın yaydığı hesabatda, ən çox kosmik tullantının alçaq orbitdə olduğu qeyd edilib.

Təmsili qrafikdə görünən ağ nöqtələrdən 95%-nin isə hazırda istifadə olunmayan kosmik tullantılar olduğu bildirilib.

Qreyin araşdırmalarına görə dünyanın orbitinə 60 ildə təxminən 500 min müxtəlif hissələr toplanıb.

Bu tullantıların Beynəlxalq Kosmik Stansiyaya çox ciddi zərərləri olduğunu deyən Qrey, son illər bu yararsız hissələrin çoxaldığını qeyd edib.
Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR