Bu şirkət boşananlardan qazanır

Bu şirkət boşananlardan qazanır
08:22 30 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Amerikada qəribə qaydaları olan toy şirkəti fəaliyyətə başlayıb. "Swanluv" adlanan bu şirkət evlənməyə hazırlaşanlara 10 min dollar verir. Ancaq cütlük 10 il içərisində boşanarsa, şirkətin verdiyi pulu geri qaytarmalıdır, özü də faizi ilə.
 Milli.Az publika.az-a istinadən xəbər verir ki, şirkət qazanc yolunu statistikanı təhlil edərək tapıb. Məlum olub ki, Amerikada ailə quran cütlüklər evliliyinin ilk 10 ilində boşanır. Şirkət həm qazanmaq, həm də ömrü uzun olmayan evliliklərin qarşısını almaq məqsədi ilə belə bir yol düşünüb. Onlar evlənmək istəyənlərlə mərc gələrək 10 il içində boşanacaqlarını iddia edirlər. Bu iddia əsasında müqavilə bağlanır və boşanmayacağına inanan cütlüyə toy üçün 10 min dollara qədər pul ödənilir. Cütlük 10 ildən tez ayrılarsa, müqaviləyə əsasən, şirkətin ödədiyi pulu faizi ilə birlikdə qaytarmalı olur. Ailə dağılmasa, toy cütlüyə xərcsiz başa gəlir.
 
Məlumata görə, "Swanluv" adlı həmin şirkətin müştərilərinin sayı günü-gündən artır. Şirkətin qurucuları isə indiyədək zərər etmədiklərini,  gözlədiklərindən daha çox qazandıqlarını bildiriblər.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/394188.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR