"Şaxta baba"lar 7 avtomobilə od vurdular

"Şaxta baba"lar 7 avtomobilə od vurdular
09:12 30 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Sankt-Peterburqda Yeni il ərəfəsində "əylənmək" istəyən naməlum şəxslər Pulkovsk küçəsində 7 avtomobili yandırıb.

"Report" xəbər verir ki, müşahidə kameraları cinayətin necə baş verdiyini lentə alıb. Dekabrın 28-də gecə saatlarında başlarına Şaxta Baba papağı keçirmiş iki şəxs maşınlara yaxınlaşaraq, üzərlərinə tez alışan məhlul tökərək od vurub. Üç avtomobil dərhal alışıb, yaxınlıqda olan daha 4 maşına isə qismən ziyan dəyib. Cinayətkarlar hadisə yerindən qaçmağa müvəffəq olublar. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR