11 yaşlı qızın qarnından görün nə çıxdı - FOTO

11 yaşlı qızın qarnından görün nə çıxdı - FOTO
10:12 30 Dekabr 2015
163 Maraqlı
Ölkə mətbuatı
A- A+

11 yaşlı məktəbli qızın qarnındakı kəskin ağrılar dözülməz olanda valideynləri onu xəstəxanaya aparıblar. Həkimlər onu müayinə edəndən sonra təcili cərrahiyyə əməliyyatına qərar veriblər.
Milli.Az European-a istinadən bildirir ki, olay Qazaxıstanın cənubundakı Jambıl vilayətində, Taraz şəhərində yaşanıb.
Cərrahiyyə əməliyyatı zamanı qızın qarnından 1,2 kq ağırlığında saç topası çıxarılıb. Topanın uzunluğu 35 sm, qalınlığı 17 sm idi.
Bağırsaqdakı saçlar qızın qidalanmasına mane olur, onu ağrıdan qıvrılmağa vadar edirdi.
Qızın valideynlərinin dediklərinə görə, bu uşaqda saçlarını qırıb yemək mərəzi vardı.
Tibbdə buna "Rapunzel sindromu", qarına yığılan saç topasına isə "trixobezar" deyilir.
 

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/394207.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR