Sabahdan Azərbaycan məktəblərində 5 günlük tətil başlayır

Sabahdan Azərbaycan məktəblərində 5 günlük tətil başlayır
10:12 30 Dekabr 2015
52 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 30 dekabr. REPORT.AZ/ Sabahdan Azərbaycanın orta ümumtəhsil məktəblərində 5 günlük tətil başlayır. "Report" xəbər verir ki, dekabrın 31-dən yanvarın 5-dək məktəblərdə qeyri-iş günləri olacaq.
Xatırladaq ki, bütün şagirdlər üçün növbəti qış tətili 5 günlük olacaq və yanvarın 27-də başlayıb 31-də başa çatacaq. Həmçinin, məktəblərdə ikinci yarımil 1 fevral - 14 iyun tarixlərini əhatə edir. Bu müddətdə yalnız ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili olacaq.
Qeyd edək ki, bu il şagirdlər üçün martın 17-dən 24-dək olan 8 günlük "Yaz tətili" olmayacaq. Buna səbəb Novruz bayramı günlərində qeyri-iş günlərinin sayının çox olmasıdır. Ona görə də məktəblilər üçün ayrıca yaz tətili nəzərdə tutulmayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/sabahdan-azerbaycan-mekteblerinde-5-gunluk-tetil-baslayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR