Bakı metrosu saat 1-ə qədər işləyəcək

Bakı metrosu saat 1-ə qədər işləyəcək
10:13 30 Dekabr 2015
30 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakı metropoliteni dekabrın 31-dən yanvarın 1-nə keçən gecə 1 saat artıq sərnişinlərə xidmət göstərəcək.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Trend-ə bildirib ki, Bakı metrosu 31-i gecə saat 01:00-dək işləyəcək. Belə ki, həmin gün Bakı Şəhər İcra Hakimiyyətinin Dənizkənarı Milli Parkda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirəcəyi şənlikdə iştirak edən sakinlərin rahatlığını təmin etmək məqsədilə metropoliten bu addımı atır.

N.Paşayev əlavə edib ki, sərnişin sıxlığı yaranarsa, vaxt daha da uzadıla bilər.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2475672.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR