Azərbaycanlı nazir və səfir Vyanada toyda (FOTO, VİDEO)

Azərbaycanlı nazir və səfir Vyanada toyda (FOTO, VİDEO)
10:26 30 Dekabr 2015
88 Şou
Ölkə mətbuatı
A- A+

Ötən gün Avstryanın paytaxtı Vyanada məşhur rusiyalı opera ifaçısı 44 yaşlı Anna Netrebko ilə 38 yaşlı azərbaycanlı tenor Yusif Eyvazovun möhtəşəm toy mərasimi baş tutub.

Toyda bir çox məşhur sima iştirak edib. Onların arasında Azərbaycanın mədəniyət və turizm naziri Əbülfəz Qarayev və Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli də iştirak edib.
Azərbaycanlı rəsmilər mərasimə ailə üzvləri ilə birlikdə qatılıblar.


Azərbaycanlı qonaqlar


Ötən gün baş tutan mərasimdə Filipp Kirkorov şahid kimi iştirak edib. Toyda İqor Krutoy, əfsanəvi tenor Plasido Dominqo və həmçinin bir çox başqa musiqiçilər, bəstəkarlar və müğənnilər iştirak edib.

Ümumilikdə toya təxminən iki yüz qonaq dəvət olunub.

Anna Netrebko kral ailəsinin taxdığı tacdan taxıb. Kübar cəmiyyətin seçimi olan tacı "Chopard" ifaçıya təqdim edib. Bu tac təxminən 2 milyon avro qiymətindədir.


Polad Bülbüloğlu və Əbülfəz Qarayev



Polad Bülbüloğlunun "İnstaqram" səhifəsi

Yusif Eyvazov və Anna Netrebko 2014-ci ilin fevral ayında "Manon Lesko" operasında birgə fəaliyyət zamanı Roma şəhərində tanış olublar.

Yusif Eyvazov Bakı Musiqi Akademiyasını bitirib. Böyük Teatrda və Milan teatrında aparıcı rollarda çıxış edib. Eyvazovun anası Bakı məktəblərindən birində biologiya müəlliməsi işləyir.


Anna Netrebko ilə Yusif Eyvazovun toyu.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368488

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR