Bakıda qanunsuz dollar mübadiləsi ilə məşğul olan şəxslər saxlanılıblar

Bakıda qanunsuz dollar mübadiləsi ilə məşğul olan şəxslər saxlanılıblar
10:42 30 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində, paytaxt ərazisində ictimai yerlərdə qanunsuz valyuta mübadiləsi həyata keçirdiklərinə görə 5 nəfər saxlanılıb, barələrində İXM-in müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.

Bakı Şəhər BPİ-dən Trend-ə verilən məlumata görə, həmin şəxslər Masallı sakini Həmidov İlqar Qunsur oğlu (1975 təvəllüd), İmişli sakini Abdullayev İstəməli Telman oğlu (1994 təvəllüd), Ağdam sakini Cəfərov Əfqan Cəlal oğlu (1967 təvəllüd), Cəlilabad sakini Şahbazov Habil Həbulla oğlu (1967 təvəllüd), Cəlilabad sakini Nağıyev Hüseyn Eldar oğludur (1985 təvəllüd).

Bakı Şəhər BPİ rəsmən elan edir ki, qanunsuz valyuta mübadiləsinə qarşı tədbirlər mütəmadi olaraq davam etdiriləcək, bu qanınsuz əməli həyata keçirən şəxslər sərt cəzalandırılacaqlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/394222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR