Qorbaçov qərbə necə satıldı?

Qorbaçov qərbə necə satıldı?
15:46 30 Dekabr 2014
87 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniya Milli Arxivi bu gün açıqladığı sənədlərlə otuz il qabaq Mixail Qorbaçovla Marqaret Tetçerin arasında baş vermiş görüşün məxfi sənədlərini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, 1984-cü ilin oktyabr ayında Marqaret Tetçerin şəhərətrafı iqamətgahında keçirilmiş görüş zamanı Qorbaçov hələ SSRİ-nin rəhbəri olmayıb. O, Sovet İttifaqı Kommunist Partiyasının Partiyasının (SovİKP) Mərkəzi Komitəsinin (MK) katibi imiş. SovİKP MK-nin birinci katibi Çernenko xəstə olduğundan Londona gedə bilməyib və Qorbaçov onu əvəz edib.

Britaniya Milli Arxivi görüşdən sonra Marqaret Tetçerin yazdığı qeydləri açıqlayıb. Tetçer yazıb: “O, özünü nisbətən açıq və anlayışlı aparır. Mən əminəm ki, onunla iş görə bilərik. Əslində, o mənim xoşuma gəldi”.

Məhz bundan sonra Marqaret Tetçer ABŞ prezidenti Ronald Reyqana zəng edərək Qorbaçovu tərifləyib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317164

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR