Çexiya şirkəti bəstəkar Mansurovun oğlunu seçdi

Çexiya şirkəti bəstəkar Mansurovun oğlunu seçdi
10:57 30 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

Çexiyaya məxsus "CzechConstructionService" MMC adlı tikinti şirkəti Azərbaycanda nümayəndəlik açıb.

Bu barədə APA-ya Vergilər Nazirliyindən xəbər verilib.

Şirkətin qanuni təmsilçisi Anar Eldar oğlu Mansurovdur. Nümayəndəlik Bakının Yasamal rayonu, Tbilisi prospekti ev 49C ünvanında yerləşir.

MMC cari ilin dekabrın 4-də dövlət qeydiyyatına alınıb.

APA-nın araşdırması nəticəsində məlum olub ki, Anar Mansurov Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədr müavini Ülvi Mansurovun qardaşıdır. Bundan başqa, Çexiya internet resurslarında qeyd edilib ki, şirkətin tərəfdaşı Azərbaycan Beynəlxalq Bankıdır.

Onu da qeyd edək ki, Ülvi və Anar qardaşları xalq artisti, bəstəkar Eldar Mansurovun övladlarıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/394226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR