​Azərbaycanda həyat sığortası bazarı 15% artıb

11:07 30 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi xəbərə görə, həyat sığortasındakı yığımların 59,2%-i və yaxud 62,3 mln. manatı həyatın yaşam sığortası, 27,1%-i və yaxud 28,6 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığorta, 12,3%-i və yaxud 12,9 mln. manatı həyatın ölüm halından sığortası, 1%-i və yaxud 1,1 mln. manatı əmək qabiliyyətinin sığortası, cəmi 0,3%-i və yaxud 390 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.
Hesabat dövründə həyat sığortası üzrə həyata keçirilmiş ödənişlərin məbləği isə 42,7 mln. manat təşkil edib. Bu da ümumi ödənişlərin 27,1%-ni təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 59,2% çoxdur.
Həyat sığortası üzrə ödənişlərin 90,6%-i və yaxud 38,7 mln. manatı həyatın yaşam sığortası, 4,7%-i və yaxud 2 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığorta, daha 4,7%-i və yaxud 2 mln. manatı həyatın ölüm halından sığortası, cəmi 13,7 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.
Təhlil olunan dövrdə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 40,6 manat ödəniş edilib. Keçən ilin yanvar-noyabr aylarında isə bu rəqəm 29,3 manat olub.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/heyat-sigortasi-bazarinda-yigim-15-odenis-59-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR