Gürcüstan parlamenti hökumətin yeni tərkibini təsdiq edib

11:08 30 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Tbilisi, 30 dekabr, AZƏRTAC
Gürcüstan parlamentinin dekabrın 29-da gecə saatlarına qədər davam edən iclasında hökumətin yeni tərkibi təsdiq olunub.
Hökumətin tərkibində demək olar ki, dəyişiklik olmayıb.
Yeni hökumətdə Baş nazir Giorgi Kvirikaşvilinin müavinləri energetika naziri Kaxa Kaladze və iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili olacaq. Xarici işlər naziri isə nazirin birinci müavini işləmiş Mixail Canalidze təyin olunub.
Səsvermə zamanı 86 deputat yeni hökumətin lehinə, 28 deputat isə əleyhinə səs verib. Yeni hökuməti əsasən “Milli hərəkat” və “Azad demokratlar” partiyaları dəstəkləməyiblər.
Bu gün yeni hökumətin ilk iclası keçiriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gurcustan_parlamenti_hokumetin_yeni_terkibini_tesdiq_edib-915466

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR