Həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə SOCAR tərəfindən maddi yardımların verilməsi başa çatıb

Həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə SOCAR tərəfindən maddi yardımların verilməsi başa çatıb
11:18 30 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, Nihad Budaqov, AZƏRTAC
Həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 5 min manat məbləğində birdəfəlik maddi yardımların verilməsi başa çatıb.
SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev AZƏRTAC-a bildirib ki, 5 min manat məbləğindəki birdəfəlik maddi yardımlar şirkətin “Azneft” İstehsalat Birliyi, “Neftqaztikinti” Tresti, Kompleks Qazma İşləri Tresti, Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsi, Nəqliyyat İdarəsi, həmçinin digər idarə və müəssisələrindən olan neftçilərin ailə üzvlərinə təqdim edilib.
Qeyd edək ki, dekabrın 4-də təbii fəlakət nəticəsində “Neft Daşları”ndakı 501 nömrəli və “Günəşli” yatağındakı 10 nömrəli özüllərdə baş vermiş qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə dövlət tərəfindən verilmiş 15 000 (on beş min) manat məbləğində maddi yardımlardan əlavə SOCAR da işçilərin ailələrinə birdəfəlik maddi yardım ayırmışdı. Şirkətin prezidenti həlak olmuş və itkin düşmüş neftçilərin hər birinin ailəsinə SOCAR tərəfindən 5 000 (beş min) manat məbləğində birdəfəlik maddi yardım ödənilməsi haqqında sənəd imzalamışdı.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR