Türkiyənin “Beşiktaş” klubu qış fasiləsində iki futbolçusu ilə yolları ayıracaq.
Qol.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Mustafa Albayrak yerli mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, Pedro Franko və Roman Motta göndəriləcək.
Qeyd edək ki, hər iki futbolçu 2013-cü ildən “qara qartallar”ın şərəfini qoruyur.
Fanat.az