Azərbaycanda statistika sisteminin qiymətləndirilməsi və prioritet inkişaf istiqamətləri müzakirə edilib

Azərbaycanda statistika sisteminin qiymətləndirilməsi və prioritet inkişaf istiqamətləri müzakirə edilib
11:28 30 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, AZƏRTAC
Azərbaycanda statistika sisteminin qiymətləndirilməsi və prioritet inkişaf istiqamətləri müzakirə olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, komitədə beynəlxalq ekspert – Dünya Bankı layihələr üzrə idarəetmə direktoru və aparıcı məsləhətçi Sanjay Suda ilə görüş keçirilib. Görüşün məqsədi Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında əməkdaşlıq çərçivəsində Azərbaycanda statistika sisteminin qiymətləndirilməsi və prioritet inkişaf istiqamətlərinin müəyyənləşdirilməsindən ibarət olub.
Görüşdə statistika sahəsində keyfiyyətin idarə edilməsi və metaməlumatlar sistemlərinin təkmilləşdirilməsi, statistik məlumatların yeni alət və üsullarla işlənməsi və təhlili, statistika sahəsində həyata keçirilən islahatlar çərçivəsində statistika sisteminin təşkilati strukturuna yenidən baxılmasının məqsədi və perspektivləri müzakirə edilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_statistika_sisteminin_qiymetlendirilmesi_ve_prioritet_inkisaf_istiqametleri_muzakire_edilib-915474

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR