Vəzifəli şəxsin intihar xəbəri yayıldı

11:33 30 Dekabr 2015
38 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Məmmədov - Trend:

Sosial şəbəkələrdə Masallı rayon icra başçısının köməkçisi Elşən Sadıqovun intihar etməsi xəbəri yayılıb. Masallı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev Trend-ə açıqlamasında E.Sadıqovun öldüyünü təsdiqləsə də, hadisənin intihar olmasını təkzib edib.

Q.Hadıyev bildirib ki, E.Sadıqov dekabrın 28-dən 29-na keçən gecə yaşadığı mənzildə vəfat edib: "Bu barədə məlumat almışıq. Amma mərhumun atası bildirib ki, Elşən Sadıqov ürək tutmasından dünyasını dəyişib".

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR