“Total” Yəməndəki fəaliyyətini dayandırır

“Total” Yəməndəki fəaliyyətini dayandırır
11:33 30 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, Nihad Budaqov, AZƏRTAC
Fransanın “Total” şirkəti Yəməndə 29 ildir ki davam etdirdiyi fəaliyyətini dayandırmaq qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətdən edilən şərhdə deyilir. Bildirilir ki, “Total” Yəmənin Hadramevt vilayətindəki fəaliyyətini dekabrın 31-dən etibarən dayandıracaq və şirkət buradakı işlərini ölkənin Neft Nazirliyinə həvalə edəcək.
Qeyd edək ki, “Total” əvvəllər Yəməndə gündəlik 80 min barrel neft hasil edirdi. Lakin ölkədə baş verən hadisələrdən sonra 2014-ci ildə bu rəqəm 10 min barrelədək azalmışdı.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR